“Qarabağ”ın daha 2 potensial rəqibi bilindi

10:52 - 15 Aprel 2024

“Qarabağ”ın daha 2 potensial rəqibi bilindi

“Qarabağ”ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib.

 

Manset.az xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib.

Adıçəkilən ölkələrin çempionlarının “Panevejis” və “Ordabasi”nin püşkatma zamanı səpələnməmişlərdə yer alacağı dəqiqləşib. Nəticədə, püşkdə güclülərin səbətində qərarlaşacaq “Qarabağ” adları çəkilən komandalara rəqib ola bilər.

Qeyd edək ki, daha əvvəl İslandiya klubu “Vikinqur”un Ağdam təmsilçisinin mümkün rəqibi olacağı bəlli idi.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin