“Azərişiq” Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir - VİDEO

11:09 - 15 Aprel 2024

“Azərişiq” Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun bütün ərazilərində yenidənqurma işlərini davam etdirir. O cümlədən, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları ərazisində hazırda bir neçə istiqamətdə işlər fasiləsiz olaraq aparılır. 

 

Manset.az xəbər verir ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsindən Bartaz yüksəkliyi istiqamətində 35 kV-luq izolyasiyalı xəttin çəkilişinə start verilib. 

Qubadlı rayonu ərazisində də bir neçə istiqamətdə yenidənqurma işləri davam edir. 110/35/10 kV-luq Qubadlı yarımstansiyasından çıxan Fərcan xəttinin yeni dayaqları basdırılır.

Sarılı Xəştab kəndi istiqamətində də yeni 35 kV-luq xəttin metal dayaqlarının basdırılması işləri davam etdirilir. Həmçinin, Uzumculuk deyilən ərazi və Güləbirt istiqamətlərində də işlər aparılır.

İki dövrəli Cəbrayıl-Horovlu 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən kabel hava xəttinin layihə üzrə nəzərdə tutulan dayaqlarının əksəriyyəti əkilib, işlər davam edir. Həmçinin, yenidənqurma işləri çərçivəsində iki dövrəli 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən Şükürbəyli xəttinin davamı olaraq Xudafərin xəttinin dayaqlarının basdırılması işləri aparılır.  

 


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin