Məşhur aktrisanın keçmiş həyat yoldaşlarının dialoqu alqışlandı

12:58 - 15 Aprel 2024

Məşhur aktrisanın keçmiş həyat yoldaşlarının dialoqu alqışlandı

Türkiyəli məşhur aktrisa Ceyda Düvencinin keçmiş həyat yoldaşları iş adamı Engin Akgün ilə aktyor Bülent Şakrakın sosial mediada qarşılıqlı dialoqu alqış toplayıb.

 

Manşet.az-ın xarici mediaya istinadən məlumatına görə, Engin Akgün Düvenci ilə 2008-ci ildə baş tutan evliliyindən dünyaya gələn qızı Melisa Akgünün mahnı oxuduğu anları İnstaqram hesabında "Gözəl qızım, çox gözəl oxuyursan" notu ilə paylaşb. 

Ceyda Düvenci ilə 8 il evli olan və bu müddət ərzində Melisa ilə yaxından maraqlanan Bülent Şakrak isə paylaşıma "Aşkım" yazıb, həmçinin, ürək və göz muncuğu emojisi əlavə edib.

Şakrakın şərhinə Engin Akgün "Ürəkdən oxuyur, Bülent ata sayəndə" yazıb. Bülent Şakrak isə Melisanın atasına "Estağfurullah Engin ata nə etdisə, özü etdi mənim quzum. Sadəcə, biz hamımız birlikdə yanındayıq” cavabını verib.

Qeyd edək ki, Melisa müğənni Sılanın "Zahmet Olmazsa" mahnısını ifa edib. O, doğum sırasında beyin qanaması keçirdiyi üçün Serebral İflicdən əziyyət çəkir.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin