Birləşmiş Millətlər Təşkilatının iclasından sonra İran və İsrailə çağırış edildi

14:19 - 15 Aprel 2024

Birləşmiş Millətlər Təşkilatının iclasından sonra İran və İsrailə çağırış edildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün İran və İsraili maksimum təmkinli olmağa çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Quterreş İsrailin çağırışı ilə təcili toplanan BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) çıxışında Yaxın Şərqdə artan gərginliyin region və dünya üçün təhlükəli olduğuna diqqət çəkib.

Açıqlamasında "Hazırda təmkin və gərginliyin azaldılması zamanıdır" deyən Quterreş İranın hava zərbələri ilə bölgədə gərginliyin daha da artırmasını pislədiyib.

O, həmçinin, İsrailin həmin gün İranın Dəməşqdəki diplomatik nümayəndəliyinə edilən hücumu pislədiyini də xatırladıb.

Quterreş, “Yaxın Şərqdə bir çox cəbhədə hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı addımdan çəkinmək lazımdır” deyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin