“Yaxın Şərqdə gərginliyin artması heç kimin marağında deyil” - Kreml

15:20 - 15 Aprel 2024

“Yaxın Şərqdə gərginliyin artması heç kimin marağında deyil” - Kreml

Rusiya bu gün İranın İsrailə hava hücumundan sonra açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov gərginliyin daha da artmasının heç kimin marağında olmadığını bildirib.

Peskov “Moskva bütün mübahisələrin diplomatik yollarla həll edilməli olduğuna inanır” deyib.

Kreml Yaxın Şərqdə artan gərginlikdən son dərəcə narahat olduğunu bildirib və bütün region ölkələrini mülayim olmağa çağırıb.

Qeyd edek ki, Ötən gün İran İsrailin aprelin 1-də İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərinin ölümünə səbəb olan Suriyadakı səfirliyinə hücumuna cavab verib. İsrailə hava hücumu həyata keçirən İran Tel-Əviv hökumətinin bundan sonra atacağı hər hansı addımın daha sərt cavabla qarşılanacağını bildirib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin