Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO

16:00 - 15 Aprel 2024

Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO

Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur.

 

İndi qulançarın yığım vaxtıdır. Məhsul əl ilə yığılır və 200-250 qramlıq dəstələrə bağlanıb, bazarlarda satışa çıxarılır. Bu bitkiyə tələbat çox olduğundan qiyməti də bahadır. Qulançar quzu ətinin qiymətinə - 16-17 manata, bəzən ondan da artığına satılır.

Tovuz sakinlərinin əksəriyyəti qulançarı sahələrdən özləri toplayırlar. Xüsusən də bu işə ailəvi qoşulurlar.

“Qulançara “quşqonmaz” da deyirlər. Bərk hissələrini qırıb, sonra doğrayıb suda qaynadırıq. Suyunu süzəndən sonra soğanla qızardırıq. Müxtəlif cür bişirmək olur. İstəyən zövqə görə üzərinə yumurta da vura bilər, yumurtasız, uzun halda qızardıla da bilər.

Qulançar müalicəvi xüsusiyyətə malikdir, tərkibində “asparagin” və bir sıra vitaminlər - A, B1, B2, C var. Tovuz-Qazax bölgəsində sakinlər qulançarın yığımına əsasən aprel-may aylarında başlayırlar.

Qeyd edək ki, gəlirli bitki olan qulançarın çoxlu seleksiya sortları da yaradılıb və ölkəmizdə də becərilməkdədir. Lakin rayon sakinləri əsasən təbii şəraitdə bitən qulançarları toplayıb istifadə etməyə üstünlük verirlər.

Manset.az daha ətraflı ATV-nin süjetini təqdim edir:


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin