İordaniya şahzadəsi İsrail-İran gərginliyində döyüşə qatılacaqmı?

16:30 - 15 Aprel 2024

İordaniya şahzadəsi İsrail-İran gərginliyində döyüşə qatılacaqmı?

İranın İsrailə hücumu İordaniyada da gərginliyi artırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran-İsrail gərginliyi 62 yaşlı kral II Abdullah və 53 yaşlı kraliça Ranianı xüsusi narahat edib.

Buna səbəb cütlüyün dörd övladından ikisi, 29 yaşlı vəliəhd şahzadə Hüseyn və 23 yaşlı şahzadə Salma bint Abdullahın İordaniya ordusunda olmasıdır.

2020-ci ildə Sandhurst Hərbi Akademiyasında təhsilini başa vurduqdan sonra İordaniya ordusunda "ilk qadın döyüş pilotu" kimi tarixə düşən Şahzadə Selma İordaniya Kral Hərbi Hava Qüvvələrində vəzifəsini davam etdirir.

Şahzadə və komandası 2023-cü ilin dekabrında Qəzzadakı bir xəstəxanaya yardım apararaq manşetlərə çıxıb.

Kraliça Rania CNN-ə verdiyi açıqlamada uşaqlarının hərəkətlərindən məmnun olduğunu bildirib.

Beynəlxalq qəzetlər şahzadə Selmanın İrana qarşı mübarizəyə qoşula biləcəyini iddia edib. Almaniyanın “Bild” qəzetinin yazdığına görə, şahzadənin ölkəni müdafiə etməsi humanitar yardım vəzifələri ilə məhdudlaşacaq.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin