“Sabah” “Qarabağ”ın iki rekordunu qırdı

17:08 - 15 Aprel 2024

“Sabah” “Qarabağ”ın iki rekordunu qırdı

“Sabah” Azərbaycan çempionatlarının 32 illik tarixində “Qarabağ”a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub.

 

Manset.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə “Kəpəz”, bir dəfə “Şəmkir” “Qarabağ”la ardıcıl matçlarda məhsuldarlıq göstərib.

Gəncə klubu 1994-cü ildə iki dəfə 4:1 hesablı qələbə qazanıb. 1998-ci ildə isə bu nəticələr fərqli olub – 3:2 və 3:0. “Kəpəz”in eyni ilə təsadüf edən qələbələri iki fərqli mövsümdə qeydə alınıb. “Şəmkir” isə eyni - 2001/02 mövsümündə, 2001-ci ilin sonlarında iki dəfə “Qarabağ”a üç və ya daha çox qol vurub – 5:1 və 3:1.

"Sabah" “Qarabağ”ın 7 oyunluq qələbə və 18 matçlıq məğlubiyyətsizlik seriyalarını da qırıb.

Ağdam klubunun Premyer Liqada qələbə qazanmadığı son görüş də eyni rəqiblə duelə təsadüf etmişdi. “Sabah” hər iki qarşılaşmada Ağdam klubunun qapısına 3 qol vurub. XXII turda 3:3 hesablı heç-heçə ilə kifayətlənən paytaxt təmsilçisi XXX turda qalib gəlib – 3:2.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin