Ermənistanda 4 hərbçinin öldüyü qəza araşdırılır

17:42 - 15 Aprel 2024

Ermənistanda 4 hərbçinin öldüyü qəza araşdırılır

Mərkəzi Komitə “Ural” hərbi təyyarəsinin faciəvi qəzasının təfərrüatlarını açıqlayıb

Ermənistan İstintaq Komitəsi aprelin 12-də Müdafiə Nazirliyinin balansında olan “Ural” markalı avtomobilin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.

Manset.az Modern.az-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin məlumatında bildirilib.

4 həbçinin öldüyü və bir neçə hərbçinin yaralandığı qəza Cinayət Məcəlləsinin 538-ci maddəsi (Döyüş, xüsusi təyinatlı və ya nəqliyyat vasitəsini idarəetmə və ya istismar qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) üzrə araşdırılacaq.

İstintaq Komitəsi bildirib ki, qeyd olunan cinayət işi üzrə araşdırma davam etdirilir, faciəvi nəticələnən hadisənin tam şəraitinin müəyyən edilməsi məqsədilə genişmiqyaslı istintaq və inzibati tədbirlər həyata keçirilir.

“Mövcud fərziyyələri nəzərə alaraq bildirməyi zəruri hesab edirik ki, bu hadisənin hər hansı atışma nəticəsində baş verməsi ibtidai istintaq tərəfindən təkzib edilib”, - İstintaq Komitəsi bildirib.

İstintaq Komitəsi araşdırmanın nəticələrini ən qısa zamanda ictimaiyyətə açıqlayacağını vəd edib.

Xatırladaq ki, aprelin 12-də Ermənistan Müdafiə Nazirliyinə məxsus “Ural” markalı yük maşını naməlum şəraitdə yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində 4 hərbçi ölüb, 20 hərbçi yaralanıb.

Qəza zamanı maşında 30 əsgər olub.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin