İsrail Qəzzada saxlanılan 150 fələstinlini azad etdi

17:34 - 15 Aprel 2024

İsrail Qəzzada saxlanılan 150 fələstinlini azad etdi

İsrail ordusu  Qəzza zolağına quru işğalı zamanı saxlanılan 150 fələstinlini azad edib.

 

Manset.az Trt Haber-ə istinadən xəbər verir ki,  fələstinlilərin təxliyyəsi Qəzza zolağının şərqindəki Kerem Əbu Səlim (Şalom) Sərhəd Qapısı vasitəsilə həyata keçirilib.

Sərbəst buraxılanlar arasında Qəzzanın cənubundakı Xan Yunis şəhərində 50 gün əvvəl saxlanılan iki Fələstin Qızıl Aypara işçisi də var.

İsrail tərəfindən azad edilən 7 yaralı fələstinli müalicə olunmaq üçün Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki Əbu Yusuf Neccar xəstəxanasına aparılıb.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 14 min 500-ü uşaq, 9 min 560-ı qadın olmaqla 33 min 729 fələstinli həyatını itirib, 76 min 371 fələstinli isə yaralanıb.

Jalə

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin