“Barselona” vədinə hörmət edəcək” - Pedri

21:38 - 15 Aprel 2024

“Barselona” vədinə hörmət edəcək” - Pedri

“Barselona”nın gənc ulduzu Pedri yeni müqavilə ilə bağlı suala cavab verib.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu bu məsələ ilə bağlı narahat olmadığını deyib.

Pedri “Barselona”nın sözünü tutacağına ümid etdiyini bildirib: “Bu məsələ ilə bağlı sakitəm. Bilirəm ki, “Barselona” müqavilə ilə bağlı verdiyi vədə hörmət edəcək. “Barsa” həmmişə arzularımızın klubu olub”.

Qeyd edək ki, gənc yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ilin yayında bitəcək. Pedri 2023/2024 mövsümündə 26 oyunda 2 qol və 5 ötürmə ilə yadda qalıb.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin