"O gəlin gedəndə fikirdən sarılıq olmuşdum"

23:11 - 15 Aprel 2024

Müğənni Mətanət Əsədova "7 Tamam" verilişində qonaq olub.

 

Manset.az  axsam.az-a istinadən xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib.

Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:

"Ən böyük bacım Səfayə xanım 5 yaşım olanda ailə qurub. O gəlin gedəndə mən fikirdən sarılıq olmuşdum. Elə bilmişəm ki, anam odur. Bizim çox qayğımıza qalıb. Rayonda yaşayırdıq, şəhərdən də həkimlər gəldi, amma məni sağalda bilmədilər. Toydan 3 gün sonra bacımın yanına getmişəm, onu qucaqlayıb, qoxulamışam və sağalmışam. Uşaq vaxtımdan mən belə həssasam, fikir edirəm".


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin