“Sülhməramlılarımızın Qarabağda nə işi var?” - Zatulin

23:20 - 15 Aprel 2024

“Sülhməramlılarımızın Qarabağda nə işi var?” - Zatulin

“Rusiya sülhməramlılarının Qarabağda olması Moskva ilə Bakının münasibətləri ilə bağlıdır”.

 

Manset.az  xəbər verir ki, bunu “Gazeta.ru”ya açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

O qeyd edib ki, erməni əhalisi bölgəni tərk etdikdən sonra sülhməramlıların mövcudluğu üçün səbəblər azalıb, lakin Azərbaycan hələ də onların geri çəkilməsi məsələsini gündəmə gətirməyib ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etməsin.

“Ermənilərin bəzilərinin Qarabağa qayıdacağı ilə bağlı müəyyən ümidlər var, lakin onlar Azərbaycanın rəsmi olaraq irəli sürdüyü şərtləri çətin qəbul edələr…”, - deyə Zatulin fikirlərini yekunlaşdırıb.

Belə olan halda ortaya bir sual çıxır: Əgər orada erməni əhalisi yoxdursa, sülhməramlılarımızın Qarabağda nə işi var?


Xəbər xətti

23 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin