Hadı Rəcəbli vəfat etdi - YENİLƏNDİ

08:35 - 17 Aprel 2024

Hadı Rəcəbli vəfat etdi - YENİLƏNDİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadi Rəcəblinin ölümü ilə bağlı məlumat açıqlayıb.

 

Qurumdan Manset.az-a verilən məlumatda bildirilir:

“Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar aprelin 17-də saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb”.

Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Azərbaycan Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

***

Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib.

Manset.az APA-ya istinadən xəbər verir ki, o, bu gün 76 yaşında dünyasını dəyişib.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin