Bayden məmləkəti Pensilvanyada etirazla qarşılandı

11:44 - 17 Aprel 2024

Bayden məmləkəti Pensilvanyada etirazla qarşılandı

ABŞ prezidenti Co Bayden İsraili dəstəklədiyi üçün məmləkəti Pensilvaniya ştatının Skranton şəhərində Fələstin tərəfdarı nümayişçilər tərəfindən etirazla qarşılanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün kampaniya apardığı Skranton Mədəniyyət Mərkəzindən çıxarkən bir qrup fələstinli tərəfdarla qarşılaşıb.

Nümayişçilər “Bayden, gizlənə bilməzsən, biz səni soyqırımda ittiham edirik” şüarları səsləndiriblər.

Fələstin bayraqları daşıyan nümayişçilər “Azad, azad, azad Fələstin” şüarları səsləndirərək etrazlarını bildiriblər.

Qeyd edək ki, Co Bayden 20 noyabr 1942-ci ildə Skrantonda anadan olub.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin