Avtobusda halı pisləşən kişi xəstəxanada öldü - Əqrəb yeyibmiş

11:52 - 17 Aprel 2024

Avtobusda halı pisləşən kişi xəstəxanada öldü - Əqrəb yeyibmiş

Türkiyənin Samsun şəhərində sərnişin avtobusunda halı pisləşən Bilal Yiğit aparıldığı xəstəxanada dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yiğit aparıldığı xəstəxanada həyatına son qoymaq üçün iki əqrəb yediyini bildirib.

Kayserinin Kocasinan rayonunun Hasancık kəndindən olan Bilal Yiğitin depressiyaya düşdüyü üçün əqrəb yediyi güman olunur.

Yiğitin dəqiq ölüm səbəbinin yarılmadan sonra müəyyən ediləcəyi bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin