Xorvatiyada xalq ümumi seçkilər üçün sandıq başına gedir

12:19 - 17 Aprel 2024

Xorvatiyada xalq ümumi seçkilər üçün sandıq başına gedir

Xorvatiyada xalq ümumi seçkilərdə səs vermək üçün sandıq başına gedib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, seçicilər yerli vaxtla saat 07:00-da ölkə daxilində və xaricdə yaradılmış seçki mərkəzlərində səs verməyə başlayıblar.

151 yerlik milli parlamentə daxil olmaq üçün 2302 namizədin mübarizə apardığı seçkilərdə səsvermə saat 19.00-da başa çatacaq.

Ölkədə ümumilikdə 3 milyon 733 min 283 nəfər qeydiyyatda olan seçici var.

Seçkidən əvvəl aparılan sorğulara görə, favorit kimi hakim sağ mərkəzçi partiya olan Xorvatiya Demokratik İttifaqı (HDZ) göstərilir.

Seçkilərin ilk qeyri-rəsmi nəticələrinin gecə yarısı açıqlanacağı gözlənilir.

Avropa Birliyinin (Aİ) ən gənc üzvü olan Xorvatiyada hər 4 ildən bir ümumi seçkilər keçirilir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin