Bu ölkədə yeniyetmələrə siqaret almaq ömürlük qadağan edildi

12:39 - 17 Aprel 2024

Bu ölkədə yeniyetmələrə siqaret almaq ömürlük qadağan edildi

İngiltərədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “siqaretdən azad nəsil” yaratmaq təşəbbüsü çərçivəsində 1 yanvar 2009-cu ildən sonra doğulanlara siqaret satışı qadağan edilib. Çərşənbə axşamı axşam saatlarında təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər.

Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.

Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaratmışdı. BBC-yə danışan bəzi Mühafizəkarlar Partiyasının deputatları qanunu dəstəkləməyəcəklərini bildirmişdi.

Tütün istifadəsi İngiltərədə qarşısı alına bilən ölümün əsas səbəbidir. Uzun müddətli istifadəçilərin təxminən üçdə ikisi ölür, hər il 80 min ölümə bərabərdir.

Demək olar ki, hər dəqiqə bir insan infarkt, insult və ağciyər xərçəngi kimi siqaretlə əlaqəli səbəblərdən xəstəxanaya yerləşdirilir.

Səhiyyə naziri Viktoriya Atkins qanunun minlərlə insanın həyatını xilas edəcəyini və İngiltərədə səhiyyə sisteminə təzyiqi azaldacağını müdafiə edib.

"Reallıq budur ki, tütündən istifadənin təhlükəsiz səviyyəsi yoxdur. Bu, həqiqətən də çox zərərlidir və ona görə də biz gələcək nəsilləri qorumaq üçün bu addımı atırıq.

Qanun çöl yoxlamalarını həyata keçirəcək orqanlara uşaqlara tütün və ya elektron siqaret satdığı aşkarlanan marketlərə dərhal 100 funt sterlinq cərimə tətbiq etmək səlahiyyəti verir.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin