Bu ölkə İsrailə uçuşları dayandırır

12:50 - 17 Aprel 2024

Bu ölkə İsrailə uçuşları dayandırır

Britaniyanın easyJet aviaşirkəti İsrailə uçuşları oktyabrın 27-dək dayandırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hava yolu şirkəti İranın İsrailə qarşı başlatdığı hücumları əsas gətirərək təhlükəsizliklə əlaqədar bu qərarı verdiyini açıqlayıb.

Şirkətdən verilən açıqlamada, qeyd olunan tarixə qədər bileti olan sərnişinlərə pulun geri qaytarılması da daxil olmaqla, müxtəlif variantların təklif ediləcəyi bildirilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin