Daha bir qanunsuz tikili sökülüb - VİDEO

13:21 - 17 Aprel 2024

Daha bir qanunsuz tikili sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Manset.az xəbər verir ki, Gədəbəy şəhəri ərazisində qanunsuz olaraq obyekt tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin