ABŞ-ın media qurumlarında İsrail-Fələstin xəbərləri ilə bağlı təlimat

14:58 - 17 Aprel 2024

ABŞ-ın media qurumlarında İsrail-Fələstin xəbərləri ilə bağlı təlimat

ABŞ-ın aparıcı media qurumlarından olan “The New York Times” (NYT) əməkdaşlarına İsrailin Qəzzaya hücumları ilə bağlı xəbər mətnlərində “soyqırım”, “etnik təmizləmə” kimi ifadələrdən istifadə etməməyi tapşırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünyaca məşhur NYT əməkdaşlarına İsrailin Fələstinə və Qəzzaya hücumları ilə bağlı xəbər mətnləri üçün “istifadə edilməyəcək sözlər” adlı siyahı hazırlayıb.

Qəzet redaktorları Susan Wessling, Philip Pan və onların köməkçiləri tərəfindən hazırlanan təlimatda Qəzzaya hücumlar üçün "soyqırım" və "etnik təmizləmə" ifadələrindən istifadə edilməməsi, nadir hallarda Fələstin yazılması və bu dövlət üçün “işğal altında” ifadəsinin qadağan olması ilə bağlı göstərişlər verilib.

Təlimatda 1948-ci ildən Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən istifadə edilən “qaçqın düşərgələri” ifadəsinin də xəbərlərdə yer almamalı olduğu vurğulanıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin