Ölən yaşlı kişini banka gətirdi - Kredit götürməyə çalışdı - VİDEO

15:53 - 17 Aprel 2024

Ölən yaşlı kişini banka gətirdi - Kredit götürməyə çalışdı - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində dəhşətli hadisə baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bir qadın əmisi olduğunu dediyi və bir neçə saat əvvəl ölən qocanı banka gətirərək kredit götürməyə çalışıb.

Qadın 68 yaşlı kişini 17 min R$ (3,400 dollar) kredit almaq üçün banka aparıb.

Bank işçiləri həmin anları lentə alıb və polisə müraciət edib. Videoda qadın qocanın başını dik tutur, onunla danışır və borc sənədlərini imzalamasını xahiş edir. Hadisəni ilk dəfə Braziliyanın ən böyük xəbər yayımçısı TV Globo yayımlayıb.

Qadının saxlanıldığı bildirilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin