Amerika şirkəti Qəddafinin malikanəsini müsadirə etdi

23:00 - 17 Aprel 2024

Amerika şirkəti Qəddafinin malikanəsini müsadirə etdi

F-16 qırıcı təyyarələri və M1 Abrams tankları istehsal edən Amerikanın General Dynamics şirkəti Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Sədi Qəddafinin Londondakı malikanəsinin müsadirə edilməsinə nail olub.

 

Manset.az  publika.az-a istinadən xəbər verir ki, bu barədə "The National News" məlumat yayıb.

Britaniya məhkəməsi Qəddafi ailəsinin prestijli Hampstead bölgəsindəki keçmiş evinin müsadirə edilməsi ilə bağlı yekun qərar qəbul edib. Əmlak 9 milyon funt sterlinq dəyərində qiymətləndirilir. Satışdan əldə edilən gəlir Liviyaya silah və rabitə avadanlıqlarının tədarükü üçün "General Dynamics"ə olan borcun ödənilməsinə yönəldiləcək. Müvafiq müqavilə 2008-ci ildə imzalanıb. Borcun ümumi məbləği 16 milyon funt sterlinqdir.

Qəddafinin malikanəsi ilə bağlı məhkəmə çəkişmələri on ildən artıqdır ki, davam edir. Bu müddət ərzində hovuzu, saunası və kinoteatrı olan dəbdəbəli mülk qəzalı vəziyyətə düşüb. Malikanənin rəsmi sahibi Britaniyanın Virciniya adalarında qeydiyyatda olan Kapitana Seas olub. Lakin sonradan məlum oldu ki, şirkətin benefisiarı Sədi Qəddafidir. London məhkəməsi yaşayış binasının qeyri-qanuni yolla əldə edilmiş pulla alındığına qərar verib. Əmlak 2012-ci ildə Liviya xalqı adından müsadirə edilib.

2016-cı ildə tədarük müqaviləsi üzrə borcun ödənməsini tələb edən "General Dynamics" Cenevrədəki Beynəlxalq Arbitraj Məhkəməsinə iddia qaldırıb. Liviya hökuməti əmlak toxunulmazlığını əsas gətirərək bu iddianın qəbul olunmamasında israr edib. Amma London Ali Məhkəməsi bununla razılaşmayıb.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin