İstanbulda cinayətkar qruplara qarşı əməliyyat - ANBAAN VİDEO

10:19 - 19 Aprel 2024

İstanbulda cinayətkar qruplara qarşı əməliyyat - ANBAAN VİDEO

Türkiyənini İstanbul şəhərində keçirilən "Mahzen-29" əməliyyatlarında mütəşəkkil cinayətkar dəstənin üzvü olan 32 şübhəli saxlanılıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Onun sözlərinə görə, əməliyyatlar Beşiktaş, Avcılar, Esenyurt və Kağıthane rayonlarında həyata keçirilib.

Onların qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, ümumi təhlükəsizliyə qəsdən zərər vurma, əmlaka ziyan vurma, narkotik vasitələrin istehsalı və ticarəti, hədə-qorxu və təhqirlə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvü olduğu bildirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində 34 ədəd sənədsiz tapança, 2 ədəd sənədsiz avtomat, nəqliyyat vasitələrində istifadə edilən 3 ədəd saxta dövlət nömrə nişanı, müxtəlif miqdarda satışa hazır qablaşdırılmış narkotik vasitələr, və külli miqdarda xarici valyuta və türk lirəsi ələ keçirilib.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin