“Çinli hakerlər ABŞ-a hücum etmək üçün pusquda gözləyir” - FTB

13:26 - 19 Aprel 2024

“Çinli hakerlər ABŞ-a hücum etmək üçün pusquda gözləyir” - FTB

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey Çinlə əlaqəli hakerlərin ölkəsinin kritik infrastrukturuna hücum etmək üçün pusquda gözlədiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rey bu barədə ABŞ-ın Vanderbilt Universitetində keçirilən proqramında çıxışı zamanı deyib.

Rey, Çinlə əlaqəli hakerlərin həyəcan vəziyyətində olduqlarını və ABŞ-ın su təmizləyici qurğular, elektrik xətləri, nəqliyyat, eləcə də informasiya texnologiyaları kimi kritik infrastrukturlarına hücum etmək üçün doğru anı gözlədiklərini ifadə edib.

Əfsanə Rəcəb

Manşet.az  


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin