Bu ölkə 6 həftə davam edəcək ümumi seçkilər üçün sandıq başına gedir

13:43 - 19 Aprel 2024

Bu ölkə 6 həftə davam edəcək ümumi seçkilər üçün sandıq başına gedir

Hindistanda bu gün başlayacaq və iyunun 1-dək davam edəcək ümumi seçkilər çərçivəsində federal parlamentin aşağı palatası olan Xalq Məclisinin üzvlərini seçmək üçün 1 milyarda yaxın seçici sandıq başına gedəcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, son seçkilərdə qalib gələn Hindistanın baş naziri Narendra Modi rəhbərlik etdiyi Bharatiya Janata Partiyasının (BJP) liderliyində qurulan “Milli Demokratik Alyansı (NDA)” ilə 30-dan çox müxalifət partiyasından ibarət "Hindistan Milli İnkişafı Hərtərəfli Alyansı (Hindistan)" adlı geniş koalisiyaya qarşı mübarizə aparır.

Nəticələri iyunun 4-də açıqlanacaq seçki 7 mərhələdən ibarət olacaq və təxminən 6 həftə davam edəcək. Ölkə tarixində ən uzun seçki 1951-ci ilin oktyabrından 1952-ci ilin fevralına qədər keçirilib və 4 ay davam edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin