Hücumdan sonra kamera qarşısına keçən Rəisi bircə cümlə ilə kifayətləndi

14:16 - 19 Aprel 2024

Hücumdan sonra kamera qarşısına keçən Rəisi bircə cümlə ilə kifayətləndi

İsrailin hücumundan sonra bu gün kameralar qarşısına çıxan İran Prezidenti Seyid İbrahim Rəisi qarşılıq verilib-verilməyəcəyi ilə bağlı heç bir söz deməyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dəqiqələrlə fəaliyyətindən danışan Rəisi gərginliklə bağlı yalnız “İran İsrailə gücünü göstərdi” deməklə kifayətlənib.

Qeyd edək ki, Dəməşqdəki konsulluq binasına edilən hücuma cavab olaraq İran 300-ə yaxın raket və PUA ilə İsrailə qarşı "Əsl vəd" əməliyyatına başlamışdı. Dünən gecə isə İrana qarşılıq verən İsrail ordusu bir çox nüvə stansiyasının yerləşdiyi İsfahanı 3 pilotsuz təyyarə ilə hədəfə alaraq kiçik miqyaslı hücum həyata keçirib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin