PKK/YPG 12 yaşlı uşağı qaçırdı

17:44 - 19 Aprel 2024

PKK/YPG  12 yaşlı uşağı qaçırdı

Terror təşkilatı PKK/YPG Suriyanın Hələb vilayətinin işğal altında olan Mənbic rayonundan 12 yaşlı uşağı silahlı dəstəsinə cəlb etmək üçün qaçırıb.

 

Manset.az xəbər verir ki, bu barədə müxalif kürd qruplaşmasının "Müstəqil Kürd Liqası"nın sözçüsü Redor əl-Əhməd AA müxbirinə bildirib.

Əhməd bildirib ki, terror təşkilatı qaçırdığı uşaqların ailələri ilə əlaqə saxlamasına mane olub.

O qeyd edib ki, PKK/YPG qaçırdığı və ya saxladığı uşaq və gəncləri silahlı təlim üçün sözdə təlim düşərgələrinə aparır. Terror təşkilatı Hələb, Rakka, Deyr əz-Zor və Həsəkə vilayətlərində ilin əvvəlindən işğal etdiyi bölgələrdə ən azı 20 uşağı silahlı dəstəsinə cəlb etmək üçün qaçırıb.

Jalə

Manşet.az

 


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin