Əməkdar artist vəfat etdi

11:20 - 20 Aprel 2024

Əməkdar artist vəfat etdi

Əməkdar artist Yuri Omelçenko 48 yaşında vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə teatrın feysbuk hesabında bildirilib.

“Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığı onu tanıyanların və qiymətləndirənlərin hamısının qəlbində yaşayacaq. Qəbri nurla dolsun!” - deyə, qeyd edilib.

Yuri Omelçenkonun ölüm səbəbi açıqlanmayıb. O Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru idi.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin