Bakıda taxta bazarı yanır - YENİLƏNİB

19:49 - 20 Aprel 2024

Bakıda taxta bazarı yanır - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Dərnəgül şosesi "Taxta bazarı" deyilən ərazidə FHN-in 112 Qaynar xəttinə yanğınla bağlı məlumat daxil olub: "Əraziyə dövlət yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Əraziyə 70 nəfər şəxsi heyət və 15 texnika cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb. Hadisənin səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat veriləcək. İlkin məlumatlara görə, 800-1000 kvadratmetr ərazi yanıb".

19:06

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğının baş verməsi barədə 20.04.2024-cü il tarixində saat 16:36 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Manset.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub

17:19

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, təhlükəsizlik tədbirləri görülür.

16:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Manset.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Xəbər xətti

29 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin