"Real"ın kapitanı klubu tərk edir

18:33 - 20 Aprel 2024

“Real Madrid”in kapitanı Naço Fernandes mövsümün sonunda klubu tərk edəcəyini məşqçilər korpusuna və komanda yoldaşlarına açıqlayıb.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, 34 yaşlı ispan müdafiəçinin müqaviləsi iyunda başa çatır. Onun qərarı ilə bağlı “qaymaqlılar”ın prezidenti Florentino Perezə məlumat verdiyi bildirilir. Mənbənin məlumatına görə, futbolçu ilə Milan “İnter”i maraqlanır.

Naço bu mövsüm klubda 36 oyun keçirib. O, “kral klubu”nun yetirməsidir və karyerası boyu klubu təmsil edib. O, komanda ilə birlikdə üç dəfə İspaniya çempionatını, iki dəfə ölkə kubokunu qazanıb. Beş dəfə İspaniya Superkubokunun, Çempionlar Liqasının, Klublararası dünya çempionatının, dörd dəfə UEFA Superkubokunun qalibi olub.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin