Usta aktyora həsr olunan kitabın təqdimat mərasimi keçirildi - FOTOLAR

21:22 - 20 Aprel 2024

Usta aktyora həsr olunan kitabın təqdimat mərasimi keçirildi - FOTOLAR

Mədəniyyət yazarı Vasif Ayanın Xalq artisti, usta sənətçi, aktyor və rejissor Ənvər Həsənov haqqında yazdığı “Ənvər Həsənovun xatirələri” adlı kitabının təqdimat mərasimi keçirilib.

 

Manset.az xəbər verir ki, təqdimat mərasimi Nizami Kinoteatrında baş tutub.

Təqdimatda aktyorun sənət dostları, sevənləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Ənvər Həsənovun iştirakı ilə müəllif kitabları imzalayıb.

Təqdimat mərasimində aktyorun sənət dostları Xalidə Quliyeva, Nəcibə Hüseynova, Gülzar Qurbanova, Rafiq Əzimov, Valeh Kərimov, Şeyx Əbdül Mahmudov, Aydın Kazımzadə, Hacı İsmayılov, Mahir Dərviş, Əlisəmid Kür, Tural Əhməd və Sənan Əlləz sənətkar haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, Ənvər Həsənov “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə” və “Qanlı zəmi” kimi məşhur filmlərdə rol alıb.

Əfsanə Rəcəb

Manset.az

 

 

 



Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin