Futbolçunun atası oğluna maraqlı pankart açdı - FOTO

22:44 - 20 Aprel 2024

Futbolçunun atası oğluna maraqlı pankart açdı - FOTO

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun ikinci oyununda "Neftçi" "Zirə"nin qonağı olub. Qarşılaşma “Zirə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oyunda azarkeşlər sırasında əyləşən “Zirə”nin 16 nömrəli oyunçusu Fuad Bayramovun atası maraqlı plakatı ilə diqqət çəkib.

Belə ki, futbolçunun atası, - "Oğlum, Fuad, qol vur, atan sevinsin", - yazılı pankart açıb.

Qeyd edək ki, oyunda bir qolu Fuad Bayramov rəqib komandanın qapısından keçirib.



Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin