İngiltərə Kuboku: “Mançester Siti” finala çıxdı

07:25 - 21 Aprel 2024

İngiltərə Kuboku: “Mançester Siti” finala çıxdı

İngiltərə Kubokunun yarımfinal mərhələsində “Çelsi”ni minimal hesabla yenən “Mançester Siti” turnirin finalına vəsiqə qazanıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Maykl Oliverin idarə etdiyi matç Londondakı “Uembli” stadionunda baş tutub.

84-cü dəqiqədə “şəhərlilər”in portuqaliyalı yarımmüdafiəçisi Bernardu Silva matçdakı yeganə qolun müəllifi olub.

Beləliklə, “Mançester Siti” İngiltərə Kubokunun finalına yüksəlib və burada “Koventri Siti” – “Mançester Yunayted” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, kubokun 1/4 final mərhələsində “Mançester Siti” “Nyukasl Yunayted”ə 2:0 hesabı ilə qalib gəlib. Həmin qarşıdurmada da qolları Bernardu Silva vurub.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin