Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

17:43 - 21 Aprel 2024

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına yekun vurulub.

 

Manset.az xəbər verir ki, “Şüa” idman kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın idmançı bacarığını göstərib.

Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparıblar. Şəxsi mübarizədə kişilərdən Vaqif Məmmədov, Elşad Vahidov, İlham Ağayev, Səxavət Heydərov, qadınlardan Xəyalə Qiyasova 1-ci yeri tutub. Qoşa yarışlarda isə Zaur Mikayılovla Mahir Cəbiyev fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Onlar finalda İlham Ağayev – Xəyalə Qiyasova tandeminə qalib gəliblər.

Fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.


Xəbər xətti

23 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin