"Bəzi mövqelərdə rəqabət yoxdur" - Elmar Baxşıyev

00:00 - 22 Aprel 2024

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Manset.az  xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları görüşdən sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bərabər səviyyəli oyun getdi. Çox sayda hücum təşkil etdik, sadəcə son nöqtəni qoymaqda çətinlik çəkirdik. Oyun planında komandaya etirazım yoxdur. Komanda hücum planında istədiyimi meydanda verməyə çalışırdı. Düzələsi bəzi elementlər var ki, komanda olaraq onların üzərində məşq prosesində çalışırıq. Mövsümün sonuna kimi bir az motivasiyanı yüksəldib, sona qədər oynamaq vacibdir”.

Komandada yaxşı oyunçular var. Ad çəkməyəcəyik. Hər bir komandaya əlavələr vacibdir. Daha da inkişaf etmək istəyiriksə, güclənmək lazımdır. Bəzi mövqelər var ki, orada rəqabət yoxdur. Gələcəkdə nə olacaqsa, ona uyğun çalışacağıq”.


Xəbər xətti

29 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin