Adil Əliyevə İTKİ
4 May 2024
10:20 - 22 Aprel 2024
Bu ilin may ayının qeyri-iş günləri məlum olub.
Manset.az xəbər verir ki, növbəti ay 9 May Qələbə Günü və 28 May – Respublika Günü münasibətilə bayram olacaq. 9 May Qələbə Günü 4-cü günə təsadüf edir, 11 və 12 may isə istirahət günləridir. O cümlədən bu il 28 May Müstəqillik Günü 2-ci günə düşür, 25 və 26 may tarixləri isə şənbə-bazardır.
İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən hər il Azərbaycan Respublikasının Nazirlər Kabineti bayram günləri ilə qeyri iş günlərinin yerlərini dəyişdirir.
Lakin bu barədə hələlik Nazirlər Kabinetinin qərarı yoxdur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin