İbrahim Tatlısəs filmlərində rol alan qalmaqallı “ana” haqqında danışdı: “Xatırlamıram”

11:56 - 22 Aprel 2024

İbrahim Tatlısəs filmlərində rol alan qalmaqallı “ana” haqqında danışdı: “Xatırlamıram”

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Metin Akpınarın nikahdankənar münasibətdən dünyaya gələn əkiz qızlarından biri Duyğu Nebioğlu Müge Anlının proqramına çıxdıqdan sonra anası Suphiye Orancının gəncliyində filmlərdə oynadığı və İbrahim Tatlısəslə eyni filmdə rol aldığı məlum olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tatlısəs ona qarşı irəli sürülən ittihamlardan sonra Oda TV-yə açıqlama verib.

İbrahim Tatlısəs filmlərinin çəkilişinə cavabdeh olmadığı üçün Orancını tanımadığını bildirib.

Məşhur müğənni açıqlamasında bu ifadələrdən istifadə edib:

“Filmlərdə arxadan elə-belə keçib, yadımda deyil. Köməkçi obrazlardan biri, tanımıram. Mən rejissor və aktyor idim. Əlavə rol alanları tanımırdım”.

Qeyd edək ki, Suphiye Orancı İbrahim Tatlısəsin çəkildiyi "Yalan" (1982), "Yorgun" (1983), "Sarhoş" (1986) və "Aşıksın" (1988) filmlərində əlavə rol alıb. Altı qızı olan Orancının dörd qızının atasının məşhurlar olduğu bildirilib. Nebioğlunun bacılarının atalarının kim olduğu hələ öyrənilməyib.

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin