Metroda çəkilən görüntülərlə bağlı açıqlama - VİDEO

14:11 - 22 Aprel 2024

Metroda çəkilən görüntülərlə bağlı açıqlama - VİDEO

Bakıda metronun “Həzi Aslanov” stansiyasıdakı tunelin tavan hissəsindən su sızmağa başlayıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna səbəb həmin stansiyasının xidməti otaqlarından birində su xətti borusunun zədələnməsi olub.

“Metronun "Həzi Aslanov" stansiyasının xidməti otaqlarından birində su xətti borusu zədələnib. Dərhal stansiyaya daxil olan əsas su xətti bağlanıb”.

Qurum sözçüsü bildirib ki, tuneldəki su sızması metronun işinə mane olmayıb.

“Suyun tavan hissədən stansiya yoluna sızması nəticəsində sərnişinlərin və qatarların hərəkət təhlükəsizliyinə xələl gəlməyib. Qatarlar hərəkət qrafikinə uyğun intervallar saxlanılmaqla hərəkət edib”, - deyə B.Məmmədov bildirib.

Bəxtiyar Məmmədovun sözlərinə görə, qısa müddətdə yaranmış problem aradan qaldırılıb və suyun verilməsi bərpa olunub.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin