“Əmimi yamyamlar yedi” deyən Baydenə reaksiya artır

15:44 - 22 Aprel 2024

“Əmimi yamyamlar yedi” deyən Baydenə reaksiya artır

ABŞ prezidenti Co Baydenin İkinci Dünya Müharibəsində iştirak edən əmisi haqqında “Adamyeyənlər tərəfindən yeyilmiş ola bilər” deməsi Papua Yeni Qvineyanın baş naziri Ceyms Marapenin reaksiyasına səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baydenin iddialarına qarşılıq olaraq Marape “Prezident Baydenin sözləri dil sürüşməsi ola bilər. Ölkəm bu cür xatırlanmağa layiq deyil" deyib.

Marape ABŞ prezidentinin “Cəsədini tapa bilmədilər, çünki əvvəllər Papua-Yeni Qvineyanın o hissəsində çoxlu adamyeyən var idi” sözlərinə diqqət çəkərək, İkinci Dünya Müharibəsinin Papua Yeni Qvineya xalqı ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.

Marape, bildirib ki, “İkinci Dünya Müharibəsi mənim xalqımın işi deyildi, lakin xalqım lazımsız yerə onların səbəb olmadığı bir münaqişəyə sürükləndi".

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin