Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

16:32 - 22 Aprel 2024

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Məlumatı onun vəkili Bəhruz Bayramov da saytımıza təsdiq edib. 

Xatırladaq ki, ötən həftə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Yaxın günlərdə məhkəmənin başlanacağı gözlənilir. 

Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin