Saleh Məmmədov vətəndaşları qəbul edəcək

16:50 - 22 Aprel 2024

Saleh Məmmədov vətəndaşları qəbul edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov aprel ayının 25-də Göygöl rayonunda vətəndaşları qəbul edəcək. 

 

Manset.az xəbər verir ki, qəbul saat 11:00-da Göygöl rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Göygöl və Daşkəsən rayonlarının sakinləri iştirak edə bilərlər. 

Qəbula yazılmaq istəyənlərin Göygöl rayonu “24 №-li Yol İstismarı”, Daşkəsən rayonu “31 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. 

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. 

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq. 

 

Rəsmi səhifə:   http://www.aayda.gov.az/az/news/5965/

İnstagram:      https://www.instagram.com/avtoyollar

Facebook:      https://www.facebook.com/avtoyollar 

Telegram:       https://t.me/avtoyollar 

Twitter:           https://twitter.com/avtoyollar


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin