Misir, Kral II. Ramsesin oğurlanmış 3400 illik heykəlini geri aldı - FOTO

17:21 - 22 Aprel 2024

Misir, Kral II. Ramsesin oğurlanmış 3400 illik heykəlini geri aldı - FOTO

Misir Qədim Əsərlər Nazirliyi bazar günü verdiyi açıqlamada Kral II. Ramsesin başını təsvir edən 3400 illik heykəlin 30 ildən çox əvvəl oğurlanaraq ölkədən qaçaqmalçılıq yolu ilə çıxarıldıqdan sonra geri qaytarıldığını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, heykəl hazırda Qahirədə Misir Muzeyindədir, lakin nümayiş etdirilmir.

Nazirlikdən verilən açıqlamada əsərin bərpa olunacağı söylənilib.

Reuters-in məlumatına görə, sözügedən heykəl otuz ildən çox əvvəl Misirin cənubundakı Abydos qədim şəhərindəki II Ramses məbədindən oğurlanıb.

Dəqiq tarix məlum deyil, lakin Misirin antik əşyaların repatriasiyası şöbəsinin rəhbəri Şaaban Abdel Qavad bildirib ki, əsərin 1980-ci illərin sonu və ya 1990-cı illərin əvvəllərində oğurlandığı təxmin edilir.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin