Xavi Ernandes fikrini dəyişdi

17:37 - 22 Aprel 2024

Xavi Ernandes fikrini dəyişdi

“Barselona”nın baş məşqçisi Xavi Ernandes mövsümün sonunda Kataloniya klubundan getmək barədə qərarını dəyişib və 2025-ci ilə qədər komandada qalacaq.

 

Manset.az xəbər verir ki, bu iddia ilə İspaniyanın məşhur “Mundo Deportivo” nəşri çıxış edib.

Bildirilib ki, Xavi tezliklə klub prezidenti Joan Laporta və idman direktoru Deko ilə görüşərək əməkdaşlığın mümkün davamını müzakirə edəcək.

Məlumat üçün əlavə edək ki, Xavinin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin