Əsəddən diqqət çəkən açıqlama: “Vaxtaşırı görüşürük”

17:43 - 22 Aprel 2024

Əsəddən diqqət çəkən açıqlama: “Vaxtaşırı görüşürük”

Suriya prezidenti Bəşər Əsəd Qərblə münasibətləri yaxşılaşdırmaq üçün ABŞ ilə danışıqlar apardıqlarını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünən verdiyi müsahibədə Əsəd Suriya rəhbərliyinin vaxtaşırı ABŞ rəsmiləri ilə görüşdüyünü qeyd edib.

Əsəd açıqlamasında, "ABŞ hazırda ərazilərimizin bir hissəsini işğal edib. Hələ də onlarla görüşürük, lakin bu danışıqlar heç bir yerə getmir" deyib.

Qərblə münasibətləri yaxşılaşdırmaq mümkün olub-olmaması ilə bağlı suala Suriya lideri "Ümid həmişə var. Nəticə olmayacağını düşünsək belə, cəhd etməliyik" cavabını verib.

2011-ci ildə başlayan müharibədən sonra Suriya son zamanlar xüsusilə Körfəz ərəb ölkələri ilə münasibətlərini yaxşılaşdırmağa başlayıb.

Qərb ölkələri və ABŞ Suriyaya qarşı sanksiyalarını davam etdirir.

Ötən il Türkiyə ilə Suriya arasında normallaşma danışıqları da gündəm gəlmiş, lakin Dəməşq rəhbərliyi danışıqların davam etdirilməsi üçün türk əsgərlərinin Suriyadan çıxarılmasını tələb etmişdi.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin