Bu ölkədə cəzaçəkmə müəssisəsində 13 mühafizəçi həbs olundu

18:00 - 22 Aprel 2024

Bu ölkədə cəzaçəkmə müəssisəsində 13 mühafizəçi həbs olundu

İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisəsində 13 mühafizəçinin uşaq məhbuslarla pis rəftar etdikləri və onlara işgəncə verdikləri səbəbi ilə saxlanılıb.

 

Manset.az  İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə  Milan Baş Prokurorluğu məlumat yayıb.

İstintaq çərçivəsində 8 nəfər də dövlət vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.

Həmçinin qeyd olunub ki, məhbus uşağa qarşı cinsi zorakılıq təşkil edən zorakılığın tətbiq edilməsi iddiası da araşdırılıb.

2022-ci ildən pis rəftarın davam etdiyi və bunun işgəncə qurbanı olan uşaq məhbusların müraciətləri əsasında aparılan texniki monitorinqlə aşkar edildiyi bildirilib.

İtaliyada əvvəlki aylarda Foggia və Reggio Emilia şəhərlərindəki həbsxanalardakı bəzi həbsxana polis məmurlarına qarşı pis rəftar və işgəncə əsasında məhkəmə və inzibati proseslər başlanmışdı.

Jalə

Manşet.az


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin