Britaniya qanunsuz miqrantların bu ölkəyə göndərir

08:00 - 23 Aprel 2024

Britaniya qanunsuz miqrantların bu ölkəyə göndərir

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Birləşmiş Krallığa qanunsuz yollarla gələn miqrantları Ruandaya aparan uçuşların 10-12 həftə ərzində başlayacağını bildirib.

 

Manset.az  xəbər verir ki, Baş nazir keçirdiyi mətbuat konfransında bunun qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün təsirli bir maneə rolunu oynayacağını qeyd edib. Rişi Sunak bildirib ki, qanun layihəsinin son hissəsi bu gün hər nə cür olursa-olsun parlamentdən keçəcək və bundan sonra qanunsuz miqrantlar 10-12 həftəyə Ruandaya yollanacaq.

Xatırladaq ki, Ruandaya miqrantları aparacaq ilk reys 2022-ci ilin iyununda yola çıxmalı idi, lakin hüquqi problemlər səbəbindən sonra bu, ləğv edilmişdi.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin