Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq - İlham Əliyev

18:45 - 22 Aprel 2024

Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq - İlham Əliyev

Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.

Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin