MKİ rəhbəri müharibədən əvvəl Kiyevə nə xəbərdarlıq edib?

19:27 - 22 Aprel 2024

MKİ rəhbəri müharibədən əvvəl Kiyevə nə xəbərdarlıq edib?

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov əmindir ki, Rusiyanın Kiyevə ikinci hücumu ilə bağlı ehtimallar əsassızdır.

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Budanovun "BBC-Ukrayna"ya müsahibəsində dediyi kimi, Rusiya Federasiyasının guya yeni hücum planlaşdırdığına dair şayiələr güclənsə də, hazırda Kiyev üçün birbaşa təhlükə yoxdur.

"Hələlik yoxdur", deyə Budanov bildirib.

O xatırladıb ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Rusiyanın Kiyevə hücumu ərəfəsində Ukraynaya gəlib və rusların planları, o cümlədən rus qoşunlarının Qostomelə endirilməsi ilə bağlı məlumat çatdırdığını bildirib. Börns deyib ki, Zelenski bu məlumatı sübuta yetirilməmiş hesab edib və Putinin bu qədər dəli olduğuna inanmayıb.

"Mən cənab Börnsə böyük hörmətlə yanaşıram. Onunla şəxsən tanışam. Bu tanışlığımla fəxr edirəm. Düşünürəm ki, onun fikirlərini publik şərh etmək etik olmazdı. Fikrimcə, ondan da mənim haqqımda soruşsaydılar, o da bunu etməzdi. O öz mövqeyini açıqlayıb. Siz onu qəbul edə, ya etməyə bilərsiniz. Bu, sizin öz işinizdir”, deyə Budanov qeyd edib.

Eyni zamanda o, Ukrayna kəşfiyyatının da bu məlumatlara malik olduğunu təsdiqləyib. O xatırladıb ki, Rusiyanın işğalı ərəfəsində Baş Kəşfiyyat İdarəsi vəziyyətin təhlükə altında olduğunu bəyan edib və hadisələrin ehtimal inkişafını göstərib. Budanov bu hekayənin digər təfərrüatlarını şərh etməkdən imtina edib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Ukraynada Qərb qoşunlarının iştirakı ilə quru əməliyyatının "nə vaxtsa” lazım ola biləcəyini deyib. Beləliklə, o, Qərb qoşunlarının Ukraynanın ərazisinə mümkün yerləşdirilməsi ilə bağlı bəyanatını təsdiqləyib. O, Kiyevə hücum ehtimalından da danışıb.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin