“Azeri Light”ın qiyməti 88 dollara düşdü

09:36 - 23 Aprel 2024

“Azeri Light”ın qiyməti 88 dollara düşdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

 

Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə 0.59% və ya 0.52 ABŞ dolları azalaraq 88.30 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin